“Bakcell”in baş sponsorluğu ilə 3-cü “YAŞAT” düşərgəsi davam edir
(®) “Bakcell”in baş sponsorluğu, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi davam edir.
Şamaxı rayonunda, “Shamakhi Palace Sharadil” otelində təşkil olunan və 7 həftə davam edəcək düşərgədə 350-dən çox uşaq iştirak edir.
Düşərgə ərzində uşaqlar üçün interaktiv təlimlər, tanınmış şəxslər ilə görüşlər, ekskursiyalar, təlim və konsultasiyalar, eləcə də əyləncəli konsert proqramları keçirilir.
Bu dəfə, düşərgənin qonağı “Bakcell” şirkəti olub. “Bakcell” uşaqlar üçün “Cizgi filmini yaradıram” mövzusunda proqramlaşdırma master-klası təşkil edib.
Uşaqlar “Scratch” proqramlaşdırma platformu üzərində öz qısa cizgi filmini kodlaşdırıblar. Bu fəaliyyət düşərgə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi “Bakcell” şirkətinin KSM proqramının əsas istiqamətlərindən biridir.
“Bakcell” şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.
Məlumat üçün bildirək ki, şəhid və qazi ailələrinə dəstək NEQSOL Holding və “YAŞAT” Fondu arasında bu ilin əvvəlində imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Memoranduma əsasən, NEQSOL Holding “YAŞAT” Fonduna bu il üçün 500 min AZN vəsait ayırıb. Vəsait hesabına il ərzində şəhid ailələrinə və qazilərə müxtəlif sosial dəstək göstərilir, eləcə də bir sıra xüsusi layihələr həyata keçirilir.
Qeyd edək ki, "Bakcell" şirkəti hazırda “Bakcell" ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)






.jpg)






