
"Ferrari" kənd təssərüfatı texnikalarının Azərbaycana idxalına başlanılıb

“Agroqurama” MMC şirkəti İtaliyanın "Ferrari" kənd təssərüfatı texnikalarının Azərbaycana idxalına start verir.
Bağçılıq sahəsində ən yaxşı iş imkanlarına malik Ferrari Vvega v 95 sky jump və Ferrari Vega V 95 Dualsteer SDT texnikaları təqdim olunub.
Qeyd edilib ki, Ferrari Vvega v 95 sky jump 20 düymlük ön təkər və arxa rezin tır-tırları ilə öz sinfində ikili sükan sistemi Dualsteer təchiz edilib. Kabinin 180 dərəcə dönməsi mexanizatorun istənilən istiqamətdə görmə imkanlarını genişləndirir.
Təqdim edilən traktor həm klassik traktorların rahatlığını və iş imkanlarını, eyni zamanda tır-tırlı texnikaların dayanıqlığının birləşməsini təmin edən unikal iş maşınıdır.
Aşağı ağırlıq mərkəzi və güclü mühərriklə birləşən misilsiz manevr qabiliyyəti onu dik yamaclarda, o cümlədən yan yamaclarda və adi traktorun işləyə bilmədiyi palçıqlı və ya rütubətli şəraitdə ekstremal vəziyyətlərdə işləmək üçün ideal edir.
Təklif edilən texnika dağlıq ərazilərdə üzüm və meyvə bağlarında işləmək üçün ən yaxşı seçimdir.
Ferrari Vega V 95 Dualsteer SDT modeli adi traktorların dartma performansını və izodiametrik traktorların manevr qabiliyyətini birləşdirən ixtisaslaşmış traktorlardır.
Unikal ikiqat sükan sistemi, qısa təkər bazası və aşağı ağırlıq mərkəzi Vega sdt Dualsteer, həm yamaclarda, həm də yan yamaclarında istifadə üçün ideal bir maşındır. Mühərrikin EGR sistemi ilə təchiz edilməsi azot oksidi emissiyalarını və yanacaq istehlakını azaltmağa imkan verir. Bu isə onu həm ətraf mühitin, həm də fermerin dostu edir.
Hər iki modelin təchiz edildiyi Dualsteer sistemi beynəlxalq səviyyədə patentləşdirilib və o həm aşağı, həm yüksək sürətlə idarəetmədə dayanıqlıq və etibarlılıq yaradır.
Ferrari traktorlarının təchiz edildiyi kabinlər də patentləşdirilib və o mexanizatorun görmə və işləmə imkanlarını maksimum təmin edir.
Kabinlərin xüsusi quruluşu imkan verir ki, o cərgələr arasında hərəkət edən zaman ağaclara ziyan vurmasın.
“Agroqurama” MMC fermerlərə Ferrari traktorlarını uyğun lizinq şərtləri və uzun müddətli istehsalçı zəmanəti ilə təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
- 33 d. əvvəl
-
1 saat əvvəl
Məşhur YouTuber MrBeast öz telekommunikasiya şirkətini qurur
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Azərbaycanla münasibətlərdə problemlər var, lakin hər şey öz yerini tapacaq"
- 15 saat əvvəl
Son Xəbərlər

“Qırmızı şənbə!” - “Baku Electronics”də 70%-dək ENDİRİM

Rəsmi məzənnələr açıqlandı

Columba - çatdırılma xidməti üzrə etibarlı tərəfdaş!


Məşhur YouTuber MrBeast öz telekommunikasiya şirkətini qurur

Neft, OPEC+ toplantısı ərəfəsində ucuzlaşmaqda davam etdir

Tesla-nın Avropadakı satışları getdikcə azalır

Tramp yaxın günlərdə Putinlə telefonla danışacaq
Ən çox oxunanlar

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb

Xalq Bank və “UPT”dən yeni kampaniya

Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - 5 şirkətin dövriyyəsi 50 milyard manatı aşıb
.jpg)
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
