Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bankın 20 milyonluq istiqrazları üçün zəng mərasimi oldu, ticarətinə başlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankın 20 milyonluq istiqrazları üçün zəng mərasimi oldu, ticarətinə başlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

7 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” mərasimi keçirilib. Bu barədə Birjanın yaydığı məlumatyda bildirilir.

Qeyd edilib ki, ümumi dəyəri 20 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

Ticarətə başlama mərasimində emitent tərəfindən "Unibank Kommersiya Bankı" ASC, birja üzvü tərəfindən Unicapital İnvestisiya Şirkəti və BFB-nin nümayəndələri iştirak ediblər.

BFB-nin sədri v.m.i.e Eldar Abdullayev ticarətə başlama mərasimini açıq elan edərək, "Unibank Kommersiya Bankı" ASC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.

07.09.2023 12:12
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18