İnformasiya Texnologiyaları İnstitutu istedadlı şagirdə hamilik edir
İnformasiya Texnologiyaları İnstitutu süni intellektə, xüsusilə təbii dilin emalı və dərin təlim texnologiyalarına böyük maraq göstərən Landau Məktəbinin 11-ci sinif şagirdi Mehdi Rəsula elmi tədqiqatların aparılmasında hamilik edir.
Bu barədə Marja.az-a İnformasiya Texnologiyaları İnstitutundan bildirilib.
Bildirilib ki, İnstitut istedadlı yeniyetmə Mehdi Rəsulun süni intellekt texnologiyalarının ən aktual, aktiv tədqiq olunan sahələrindən biri olan təbii dilin emalı problemlərinə marağını nəzərə alaraq, onun bu sahədə araşdırma aparmasına dəstək olmuşdur. Nəticədə Mehdi Rəsul tərəfindən hazırlanan “Comparative analysis of machine learning algorithms for sentiment analysis of texts in Azerbaijani and English” (“Azərbaycan və ingilis dillərində mətnlərin sentiment analizi üçün maşın təlimi alqoritmlərinin müqayisəli təhlili”) adlı məqalə İnformasiya Texnologiyaları İnstitutunun “Problems of Information Technology” elmi-praktiki jurnalında dərc olunmuşdur. Məqalədə Azərbaycan və ingilis dillərindəki mətnlərin sentiment analizi üçün müxtəlif maşın təlimi alqoritmlərinin müqayisəsi aparılmışdır. İngilis və Azərbaycan dilli mətnlər üçün alınmış nəticələrin analizi göstərmişdir ki, təbii dilin emalında, xüsusilə mətnlərin sentiment analizində yüksək dəqiqlik əldə etmək üçün milli dil korpuslarının böyük əhəmiyyəti vardır.
Qeyd edilib ki, gənc tədqiqatçı Python, Numpy və Javascript kimi proqramlaşdırma dillərini dərindən mənimsəmişdir. O, həmçinin “Cisco Networking Academy”, “Python Institute”, “Computing Technology Industry Association” (CompTIA) və s. kimi beynəlxalq İT korporasiyaların proqramlarını uğurla başa vurduğuna görə bu təşkilatların müvafiq sertifikatları ilə təltif olunmuşdur.
M.Rəsul 2021 və 2022-ci illərdə “CyberMath Academy” onlayn platformasının təşkil etdiyi müsabiqənin qalibi, 2022-ci ildə Amerika Riyaziyyat Olimpiadasının iştirakçısı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






