Azərbaycan Mərkəzi Bankı faizləri ilə bağlı növbəti qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə 6-cı dəfə faiz qərarını açıqlayacaq.Azərbaycan Mərkəzi Bankı faizləri ilə bağlı növbəti qərarının ictimaiyyətə 2023-cü il sentyabr ayının 20-də açıqlayacaq.
2023-cü ilin əvvəlində faizlərini artıran Mərkəzi Bank son iki iclasında onları dəyişməz saxlayıb. 26 İyul 2023-cü il tarixində ictimaiyyətə açıqlanan məlumatda bildirilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılmışdır. Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilmişdir.
Mərkəzi Bankın faizlərini dəyişməz saxlamasının səbəbi illik inflyasiya tempinin azalmaqda davam etməsidir.
2022-i ilin əvvəlində uçot dərəcəsi 7.50% səviyyəsində idi. İl ərzində uçot dərəcəsi bir neçə dəfə artırılaraq 8.25%-ə, 2023-cü ilin ilk 5 ayında da bir neçə dəfə artırılaraq 9.00%-ə çatdırılırb. Azərbaycan Mərkəzi Bankı bu il sonuncu dəfə faizlərini may ayında artırıb, iyun və iyul iclaslarında fasilə verib.
2022-ciilin sentyabr ayında illi inflyasiyanın tempi 15,6%-ə çatmışdı. Dövlət Statistika Komitəsinin məlumatına görə illik (12 aylıq) inflyasiya düşməkdə davam edir. Avqustda illik inflyasiyanın sürəti 9,4%-dən 8 %-ə düşüb. İnflyasiya yavaşladığından Mərkəzi Bankın faizlərini bu dəfə də dəyişməz saxlayacağı ehtimalı yüksəkdir.
"Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcəkdir", - Mərkəzi Bank bildirib.
Uçot faiz dərəcəsi
26.07.2023 9.00%
22.06.2023 9.00%
04.05.2023 9.00%
30.03.2023 8.75%
02.02.2023 8.50%
16.12.2022 8.25%
28.10.2022 8.00%
18.03.2022 7.75%
28.01.2022 7.50%
Dəhlizin yuxarı həddi
26.07.2023 10.0%
22.06.2023 10.0%
04.05.2023 10.0%
30.03.2023 9.75%
02.02.2023 9.50%
16.12.2022 9.25%
28.10.2022 9.25%
18.03.2022 9.25%
28.01.2022 9.00%
Dəhlizin aşağı həddi
26.07.2023 7.50%
22.06.2023 7.50%
04.05.2023 7.50%
30.03.2023 7.00%
02.02.2023 6.75%
16.12.2022 6.25%
28.10.2022 5.00%
01.09.2022 4.00%
18.03.2022 6.25%
28.01.2022 6.00%
Ötən həfət Avropa Mərkəzi Bankı faizlərini açıqlayıb. Bu həftə ABŞ, Böyük Britaniya və Türkiyə mərkəzi bankları faiz qərarlarını açıqlayacaqlar.
FAİZ DƏHLİZİ NƏDİR?
Pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.
Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir.
Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.
Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.
Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























