Fitch 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu yüksəldib
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings qlobal iqtisadiyyat üçün artım proqnozlarını bu il üzrə 2,4 faizdən 2,5 faizə yüksəldib, gələn il üçün isə 2,1 faizdən 1,9 faizə endirib."Fitch Ratings" Qlobal İqtisadi Proqnozlar Hesabatının sentyabr buraxılışını "Çin ilə bağlı narahatlıqlar artır" başlığı ilə dərc edib.
Marja.az-ın məlumatına görə, hesabatda qeyd olunub ki, bu il dünya iqtisadiyyatının gözləniləndən bir qədər sürətlə böyüməsi gözlənilir, lakin Çinin daşınmaz əmlak bazarında dərinləşən çöküş qlobal iqtisadi artım gözləntilərinə kölgə salıb və monetar sərtləşdirmə ABŞ-da və Avropada tələbə təzyiq göstərir.
Hesabatda bu il qlobal iqtisadi artım proqnozunun 2,4 faizdən 2,5 faizə yüksəldildiyi, bunun ABŞ, Yaponiya və Çin istisna olmaqla, inkişaf etməkdə olan bazarlardakı “təəccüblü dayanıqlığı” əks etdirdiyi vurğulanıb.
Hesabatda qlobal iqtisadiyyatın gələn il üçün artım gözləntisinin 2,1 faizdən 1,9 faizə endirildiyi, 2025-ci ildə dünya iqtisadiyyatının 2,8 faiz artacağı gözlənilir.
Çinin artım proqnozları aşağı salınıb
Hesabatda Çinin mənzil bazarında daha əvvəl gözlənilən sabitliyin reallaşmadığına diqqət çəkilərək, bu il yeni satışların 5-də 1 azala biləcəyi qeyd edilib.
Hesabatda mənzil bazarının ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 12 faizini təşkil etdiyi qeyd edilərək, onun daha geniş iqtisadiyyata güclü multiplikativ təsirləri olduğu vurğulanıb.
Hesabatda Çində siyasətin yumşaldılmasının indiyə qədər qeyri-kafi olduğu və ixrac tələbinin azaldığı bildirilib.
Hesabatda Çin iqtisadiyyatının iqtisadi artım proqnozunun bu il üçün 5,6 faizdən 4,8 faizə, gələn il üçün isə 4,8 faizdən 4,6 faizə endirildiyi bildirilib.
ABŞ-da tənəzzül hələ də mümkündür
Hesabatda ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərt pul siyasətinə baxmayaraq ölkədəki sürətli istehlak artımının bu il də davam etdiyi və bunun məşğulluq və maaşların sürətli artımı ilə bağlı olduğu vurğulanır. Hesabatda işçi qüvvəsinə tələbatın son aylarda yavaşladığı və əmək bazarında "soyumanın" davam etdiyi üçün əməkhaqqı inflyasiyasının daha da azalacağı qeyd edilib.
"Biz hələ də mülayim tənəzzül gözləyirik, lakin indi bunun 2024-cü ilin birinci yarısında baş verəcəyini proqnozlaşdırırıq", - hesabatda deyilir.
Hesabatda ABŞ iqtisadiyyatının bu il üçün artım proqnozunun 1,2 faizdən 2 faizə qaldırıldığı, ölkə iqtisadiyyatının gələn il üçün artım gözləntisinin isə 0,5 faizdən 0,3 faizə endirildiyi bildirilib.
Hesabatda enerji şokundan sonra Avrozonada canlanmanın dayandığı, hazırda dünya ticarəti və Çindəki yavaşlamadan irəli gələn yeni xarici problemlərlə qarşı-qarşıya olduğu, Avropa Mərkəzi Bankının (AMB) faiz artırmasının kreditlərə təzyiq göstərdiyi bildirilib.
Hesabatda Avrozona iqtisadiyyatının bu il üçün artım proqnozunun 0,8 faizdən 0,6 faizə, gələn il üçün isə 1,4 faizdən 1,1 faizə endirildiyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
3 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
3 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























