Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Maliyyə Nazirliyi daxili kapital bazarından 55 milyon manat cəlb etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi daxili kapital bazarından 55 milyon manat cəlb etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

26 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 milyon manat həcmində, 1092 gün (qalıq 938 gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 96,5083(9.5234%) manat və 101,5843  (7.5213%) manat olan 43 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100,2277 (8.0437%) manat, orta ölçülmüş qiyməti 100,6856  (7.8664%) manat müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 141 milyon 632 min 400 manat, yerləşdirilmiş həcmi isə 55 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı ildir. 

Hərrac iştirakçıları 27 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

26.09.2023 16:36
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18