Cabbarov və Nad arasında videokonfrans formatında görüş keçirilib
Birgə layihələrin icrası imkanları barədə fikir mübadiləsi aparıblar.İqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.
Görüşdə Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrinin dinamik inkişaf etdiyi və iki ölkə arasında ticarət dövriyyəsinin artdığı qeyd olunub, iş adamları arasında sıx əlaqələrin və keçirilmiş görüşlərin əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb.
Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, qida, əczaçılıq və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Nazir qeyd edib ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsinə uyğun olaraq Ələt Azad İqtisadi Zonasında alüminium içki qutularının istehsalı və doldurulması zavodunun inşası səmərəli biznes əməkdaşlığının uğurlu nümunəsidir.
Görüşdə Azərbaycanda özəl və xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar və biznes mühiti barədə məlumat verilib, Macarıstan şirkətləri fəal tərəfdaşlığa dəvət edilib.
Marton Nad enerji təhlükəsizliyi baxımından ölkəmizlə əməkdaşlığın əhəmiyyətinə toxunaraq, iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin icrası imkanları barədə fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 17 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi













.jpg)





