Əhalinin banklardakı əmanətləri azalıb
Adətən mərkəzi banklar faizlərini artırdığı dövrdə insanlar yığıma üstünlük verirlər və banklarda əmanətlər artır. Azərbaycanda isə mərkəzi bankın faizlərinin nisbətən yüksək olduğu şəraitdə əhalinin əmanətləri azalıb. Bunun səbəblərindən biri Mərkəzi Bankın uçot dərəcəsini artırmasına baxmayaraq aparıcı bankların əmanət faizlərini demək olar ki, qaldırmamalarıdır.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin avqust ayında əhalinin banklardakı əmanətləri (fiziki şəxslərin və fərdi sahibkarların əmanətləri) 125,4 milyon manat azalıb. Belə ki, əhalinin əmanətləri 2023-cü ilin iyul ayının sonunda 12 milyard 705,5 milyon manat ikən, avqust ayının sonunda 12 milyard 580,1 milyon manat təşkil edib.
Əhalinin əmanətlərinin azalması fiziki şəxslərin tələbli depozitlərinin azalması ilə əlaqədardır. Belə ki, avqust ayında fiziki şəxslərin tələbli depozitləri 199,2 milyon manat azalaraq 5 milyard 584,5 milyon manata düşüb.
Əhalinin müddətli əmanətləri isə 45,91 milyon manat artaraq 6 milyard 691,5 milyon manata yüksəlib. Müddətli əmanətlərdəki 45,91 milyon manatlıq artım da uçot dərəcəsinin yüksək olduğu dövr üçün aşağı artımdır.
Avqustda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 27,9 milyon manat artaraq 304,1 milyon manata çatıb.
2023-cü ilin 8 ayı ərzində (yanavr-avqust) fiziki şəxslərin müddətli əmanətləri 487,4 milyon manat, tələbli əmanətləri isə 305,7 milyon manat artıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)









.jpg)






