Azərbaycanda avronun qiyməti uzun müddətdən sonra 1,8 manatdan aşağı düşüb
Azərbaycanda 1 Avronun rəsmi məzənnəsi yenidən 1,8 manatdan aşağı düşüb.
Marja.az xəbər verir ki, bu gün 1 avronun rəsmi məzənnəsi 1,7951 manatdır. Sonuncu dəfə 1 avro 2023-cü ilin Mart ayının 9-da 1,8 manatdan aşağı olmuşdu.
Dünən 1 avro rəsmi olaraq 1,8006 manata bərabər idi.
İyul ayının bir nüçə günündə 1 avronun qiyməti 1,9 manat səviyyəsini keçmişdi. Son 2 ay 10 gün ərzində Avro Manat qarşısında 6%-dən çox ucuzlaşıb.
2023-cü ilin İyul ayının ortalarında Avro/ABŞ dolları məzənnəsi 1,12 dolları keçmişdi. Hazırda Avro/Dollar məzənnəsi 1,05 səviyyələrindədir. Ötən müddətdə Avro dollar qarşısında da 6%-dən çox dəyər itirib.
Bloomberg xəbər verir ki, hedcinq fondları avronun ucuzlaşmasına böyük mərclər edib. Ticarət iştirakçıları Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırmağı dayandıracağını gözləyirlər. Məlumatlar göstərir ki, avroda qısa mövqelər (valyutanın ucuzlaşacağı güman edilərək satış əməliyyatı) təxminən bir illik maksimuma çatıb.
Avro/Azərbaycan manatı
27.09.2023 1.7951
26.09.2023 1.8006
25.09.2023 1.8102
18.07.2023 1.9128
09.03.2023 1.7938
05.01.2023 1.8029
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





