Ağıllı üzüklər gəlir
Fərqli texnologiya markalarının müxtəlif taxılan (geyinilə bilinən) texnologiya məhsullarına şahid oluruq. Bu məhsullardan biri də Melanie və Steve Shapiro adlı bir cütlüyün qurduğu "Token" adlı şirkət tərəfindən təqdim olunub.
"Marja" xəbər verir ki, inkişaf etdirdikləri "Token Ring" adlı üzük ilə açarlarınızı, kredit kartı və nəqliyyat kartlarınızı özünüzlə daşımağınıza ehtiyac qalmır.
Barmaq izi oxuma xüsusiyyəti sayəsində üzüyü yalnız sahibi istifadə edə bilir və sahibi üzüyü çıxaranda isə üzük kilidlənir. Başqa biri üzüyü taxanda üstündəki kiçik rəqəmsal ekranda qırmızı işıq yanmağa başlayır.
"Token Ring" 50 metr dərinliyə qədər su keçirmir. Bu sayədə üzük duşda və hovuzda barmaqda qala bilər.
Şirkətin ilk məhsulu olan üzük, kabelsiz enerji doldurma xüsusiyyətinə malikdir və tək doldurma ilə 2 həftə batareya ömrü vəd verir. Üzərində olan Bluetooth və NFC texnologiyaları sayəsində Visa və Mastercard kredit kartlarını əlavə edərək alış-veriş apara bilirsiniz. Apple Pay məntiqinə malik "Token Ring"i nəqliyyat kartları əvəzinə də istifadə edə bilərsiniz.
"Token Ring"in ən yaxşı xüsusiyyətlərindən biri də notbukların kilidini aça bilməsidir. Şifrənizi "Token Ring"ə daxil etdikdən sonra tək etməniz lazım olan üzük ilə iki dəfə stola vurmaqdır.
"Token Ring" ilə mənzilinizin qapısını da açıb bağlaya bilərsiniz.
Sadə və qəşəng dizayna malik üzüyün paslanmaz polad, qara rodium və 14 əyar qızıl kimi 3 fərqli modeli var. Ağıllı üzüklər dekabr ayında texnologiya marketlərində rəflərdə yerini alacaq.
Üzüyün 250 dollardan satışa çıxacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 3 d. əvvəl
-
13 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 29 d. əvvəl
- 35 d. əvvəl
-
37 d. əvvəl
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
-
50 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək












.webp)











