Müqavilə qüvvəyə minmədən vətəndaşı işlədən şirkət 20 min manat cərimələndi
“Şirvan-Xidmət” ASC tərəfindən işçilərin əmək hüquqlarının pozulmasına dair vətəndaş müraciəti əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.
Şirvan şəhər prokurorluğundan bildirilib ki, araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.
Faktla bağlı “Şirvan-Xidmət” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Şirvan şəhər Məhkəməsinin qərarı ilə ASC 20 min manat məbləğində cərimə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
5 d. əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 20 d. əvvəl
-
51 d. əvvəl
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
-
2 saat əvvəl
BOKT “KREDEX”in ünvanının dəyişməsi ilə əlaqədar lisenziyası yenilənib
-
3 saat əvvəl
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Zira Olives” Sumqayıtda mağaza açır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
Əmanətçilər üçün xüsusi təklif
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib




















