Xocalıda 100 hektarlıq narkotik plantasiyası aşkarlanıb
Xocalıda 100 hektar ərazidə xüsusi üsulla becərilmiş çətənə plantasiyası aşkar edilib.
DİN əməkdaşları Xocalı aeroportu yaxınlığında salınmış plantasiya ərazisinə ümumi baxış keçirir.
XXX
Elşad Hacıyev: Xocalıda yetişdirilən narkotikin 1 kq-nın “qara bazar” qiyməti 8-10 min manat arasında dəyişir
Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, mütəxəssis araşdırması onu deməyə əsas verir ki, bu ərazilərdə narkotik vasitələrin yetişdirilməsi işi aparılıb, xüsusilə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib becərilməsi işi təşkil olunub:
“Bilirsiniz ki, bununla bağlı Azərbaycan hökuməti beynəlxalq təşkilatlar qarşısında, ayrı-ayrı tədbirlərdə məsələ qaldırırdı ki, işğal altında olan ərazilərdə narkotik vasitələrin geniş kultivasiya yolu ilə əkilib becərilməsi və tranziti halları var. Lakin Ermənistan hakimiyyəti bunun ehtimal olduğunu irəli sürür və bunu iddia hesab edirdi. Amma bu gün burada plantasiyanın olması onu deməyə əsas verir ki, işğal dövründə, yəni 30 il ərzində bu ərazilərimizdə narkotiklərin əkilib becərilməsi işi geniş şəkildə təşkil edilib. Bu çətənə bitkisi narkotik maddələrin emal prosesində xammal hesab olunur. Qurudulduqdan sonra marixuana olsa da, zənginləşdirilmiş formada digər psixotrop tərkibli maddələrin hazırlanmasında istifadə edilir”.
DİN rəsmisi əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra digər azad edilmiş ərazilərimizdə də narkotik vasitələrlə əlaqəli hallar aşkarlanıb, orda da müxtəlif yerlərdə marixuana, xaş-xaş və digər narkotik vasitələrin əkilməsi hallar müəyyən edilib: “Bunlar əsasən, erməni silahlı birləşmələrinin qanunsuz yerləşdiyi ərazilərdə idi. Beləliklə, bu iş onların nəzarəti altında həyata keçirilirdi. İşğaldan azad edilmiş əsas rayonlarda, Cəbrayıl, Füzuli və Zəngilanda belə hallar aşkarlanıb. Daha çox hərbi hissələrdə xidmət edən şəxslərin istifadəsində olan həmin qablaşdırılmış narkotik vasitələr idi. Bu gün bütün dünya görsün ki, bu yer bir faktdır. Digər yerlərdə də belə halların olması istisna edilmir. Həmin ərazilərdə hazırlanan narkotik vasitələr tranzit imkanlarından istifadə edilməklə müxtəlif ölkələrə göndərilib.
Ərazidə digər kimyəvi maddələr əlavə edilməklə başqa tərkibli psixotrop maddələr hazırlanan emalatxana, laboratoriyaların olması istisna edilmir. Bunun üçün Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən kompleks tədbirlər görülür ki, bəşəriyyət üçün təhlükəli olan belə halların qarşısı alınsın”.
Elşad Hacıyev qeyd edib ki, anti-terror tədbirləri keçirilənə qədər buradakı çətənə kollarına ciddi şəkildə qulluq edilib: “Mütəxəssislər hesab edirlər ki, bu narkotik vasitənin “sativa” növüdür. Bu da dünya bazarında daha çox tələbat olan məhsuldur. "Qara bazar"da onun 1 kiloqramının qiyməti 8-10 min manat arasında dəyişir. Bunun zənginləşdirilərək başqa maddələrə çevrilməsi halında isə qiymətlər fərqli olur. Ona görə, bu gün aparılan işlərin əsas məqsədi ona yönəlib ki, kriminal rejimdən geriyə qalan cinayət yuvaları tamamilə təmizlənsin”.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
"Changan Azərbaycan" iddialara cavab verdi: "Məlumatlarməqsədli qarayaxma kampaniyası xarakteri daşıyır" - VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub
-
3 saat əvvəl
SOCAR və “Wood” əlavə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər
-
3 saat əvvəl
Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
-
5 saat əvvəl
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
-
6 saat əvvəl
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub
Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
“Xudafərin”, “Qız Qalası” və “Ordubad” stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI



















