“Qaradağ” Günəş Elektrik Stansiyası istifadəyə hazırlanır
"Qaradağ" Günəş Elektrik Stansiyası gələn ay istifadəyə veriləcək.
Bunu Energetika nazirinin müavini Elnur Soltanov deyib.
"Cənubi Qafqazda ən böyük Günəş Elektrik Stansiyası oktyabrda istifadəyə veriləcək. Bu, sərmayəçilər tərəfindən tikilmiş 230 MVt gücündə Günəş Elektrik Stansiyasıdır. Biz bərpa olunan enerji obyektlərinin tikintisinə mümkün qədər birbaşa xarici investisiya cəlb etməyə çalışırıq", - o deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda quraşdırılmış enerji potensialının yalnız 17 faizi bərpa olunan enerjidir.
“Biz 2030-cu ilə qədər bu potensialı 30 faizə çatdırmağı planlaşdırırıq və inanıram ki, bu rəqəmi hətta keçəcəyik”, - nazir müavini bildirib.
O əlavə edib ki, bu sahədə müvafiq memorandumlar imzalanıb. Hazırda ümumi quraşdırılmış güc 8 GVt təşkil edir.
Xatırladaq ki, quraşdırılmış gücü 230 MVt olan "Qaradağ" Günəş Elektrik Stansiyasının layihəsi üzrə saziş 2020-ci ilin yanvarında imzalanıb. Bu layihənin Masdar ilə birlikdə həyata keçirilməsi CO2 emissiyalarını ildə iki min tona qədər azaldacaq və 110 min yaşayış binasını elektrik enerjisi ilə təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)






