Strateji əhəmiyyətli malların siyahısı təsdiqlənəcək
Strateji əhəmiyyətli malların siyahısı təsdiqlənəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.
Layihəyə əsasən, strateji əhəmiyyətli malların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək və onların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçiriləcək. Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən strateji əhəmiyyətli malların siyahısı əsasında müəyyən edilir.
Yuxarıda nəzərdə tutulmuş nomenklatura üzrə strateji ehtiyatların minimal həcmi dövlət ehtiyatları üzrə məsul orqan, bazar iştirakçıları tərəfindən təmin edilən malların minimal həcmi isə bazar iştirakçıları tərəfindən təmin edilir. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə strateji ehtiyatların yuxarıda qeyd olunan nomenklaturasında göstərilən minimal həcmindən artıq tədarükü həyata keçirilə bilər.
Bazar iştirakçıları onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada məlumat təqdim etməlidirlər.
Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli malların yuxarıda nəzərdə tutulan nomenklaturadakı minimal həcmin azalma ehtimalı yarandıqda və ya həmin malların azalması müşahidə olunduqda dövlət ehtiyatları üzrə məsul orqan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu halların qarşısının alınması istiqamətində təkliflər təqdim edir.
Fövqəladə və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri və səfərbərlik hazırlığı çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Fövqəladə və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları üzrə minimal həcmlər həmin ehtiyatların saxlanılmasını təmin edən dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər tərəfindən təmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)









