Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201040257
Emissiya həcmi: 90 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti:1092 gün
Faiz ödənişləri: 09 aprel 2024-cü il, 8 oktyabr 2024-cü il, 08 aprel 2025-ci il, 7 oktyabr 2025-ci il, 07 aprel 2026-cı il, 06 oktyabr 2026-cı il
Faiz gəliri:7%
Ödəmə tarixi: 06.10.2026
Anderrayter: “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
31 d. əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
-
- 36 d. əvvəl
-
1 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
3 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Fevralın 25-də gözlənilən hava şəraiti
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"





















