Dünyanın nüfuzlu məktəblər şəbəkəsinin açılış mərasimi baş tutub
İRİA-nın təşəbbüsü ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi Azərbaycanda fəaliyyətə başlayıb6 oktyabr tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü, “PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə Azərbaycanda tədrisə başlayan dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School”un açılış mərasimi baş tutub.
Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, “Holberton school”un icraçı direktoru Florian Buşe və tərəfdaş qurumun nümayəndələri iştirak edib.
Tədbirdə tələbələr “Holberton school”un ümumi metodologiyası, tədris müddətində onlara nələrin gözlədiyi barədə ətraflı məlumat verilib.
Açılış nitqində İnarə Vəliyeva nüfuzlu məktəblər şəbəkəsinin Azərbaycandakı rolu barədə danışıb:
“Bu gün Azərbaycan İKT təhsil dövründə yeni səhifə başlayır. 60 parlaq beyin bu məktəblər şəbəkəsində təhsil almaq imkanı əldə edib. Bu əməkdaşlıq ölkədə İKT sahəsində kadr potensialının artırılmasına böyük töhfə olacaq. Ümid edirik ki, bu təşəbbüsün sonunda burada ixtisaslaşmış kadrlar əmək bazarında layiqli yerini tapacaq”.
Əməkdaşlığa əsasən, kompüter elmləri və proqram təminatı mühəndisliyi üzrə ixtisaslaşmış Holberton Azərbaycanda yeni tədris proqramına start verir. Qeyd edək ki, Holberton Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir.
Tam ödənişsiz həyata keçirilən tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə baş tutur ki, bu yanaşma tələbələrə komanda əsaslı şəraitdə dərs keçməyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəməyə imkan yaradacaq.
Qeydiyyat müddətində 2000-dən çox insan proqrama müraciət edib. Proqramda iştirak hüququ qazanan 60 nəfərdən 27 faizi qadın, 73 faizi kişi namizədlərdir. Onlar 100 faiz tam təqaüd imkanı qazanıblar. Proqramı qazanan 60 nəfərin orta yaş həddi 22-dir.
Tədris proqramı müddətində dərslər əyani formada, hər gün 09:00-dan 18:00-a qədər davam edəcək.
Tələbələr ilk 9 ayda kompüter elmləri üzrə təməl bacarıqları mənimsədikdən sonra kiçik proqram təminatı mühəndisi kimi işləyə və ya proqramın təqdim etdiyi altı ixtisasdan birinə (maşın öyrənməsi, artırılmış və virtual reallıq, “Low level and Algorithms”, “Full stack”, “Front-end” və “Back-end” proqramlaşdırma) müraciət edə bilərlər.
Proqramla bağlı ətraflı məlumatı holbertonschool.com saytı vasitəsilə əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
8 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
10 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
11 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
11 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
11 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
11 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR








.webp)


.jpg)













