Banklar biznesdən daha çox əhalidən faiz gəlirləri qazanır
Bankların faiz gəlirləri əsasən istehlak və biznes kreditləri hesabına formalaşmışdır. Faiz gəlirlərinin əsas hissəsi ötən ildəki kimi istehlak kreditləri (562 milyon manat) və biznes kreditləri üzrə (551 milyon manat) formalaşmışdır.Azərbaycanın bank sektorun mənfəət generasiyası imkanları yaxşılaşır. 2023-cü ilin birinci yarımilində bank sisteminin xalis mənfəəti 563 mln. manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% və ya 162 mln. manat çoxdur.
Marja.az-ın məlumatına görə, 2023-cü ilin ilk yarısında 22 bank mənfəətlə, 2 bank isə zərərlə fəaliyyət göstərmişdir. Mənfəətlə fəaliyyət göstərən 22 bankın cəmi xalis mənfəəti 580 mln. manat, zərərlə fəaliyyət göstərən 2 bankın cəmi zərəri isə 17 mln. manat olmuşdur. Ümumilikdə, son 5 ildə bank sektorunun mənfəətlilik göstəricilərində müsbət dinamika müşahidə edilir ki, bu həm sektor, həm də fərdi bank səviyyəsində baş vermişdir.
Mərkəzi bankın 2023-cü ilin 1-ci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir ki, xalis mənfəətin artımının əsas drayveri kimi xalis faiz gəlirləri çıxış etmişdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis faiz gəlirlərinin 296 mln. manat və yaxud 32% artması bank sektorunun nominal mənfəətliliyinin artımını şərtləndirən əsas faktor olmuşdur. Əlavə olaraq, məqsədli ehtiyatlar üzrə xərclərin 46 mln. manat (37%) azalması, eyni zamanda, qeyri-faiz gəlirlərinin 64 mln. manat və ya 12% artması mənfəət marjasının artımını şərtləndirmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarısında qeyri-faiz xərclərinin 24% və ya 203 mln. manat artdığı müşahidə edilir.
Bankların qeyri-faiz xərcləri artsa da, artan faiz və qeyri-faiz gəlirləri fonunda sektorun səmərəliliyi sabit qalmışdır. Bank sektorunun qeyri-faiz xərcləri əmək haqqı və digər kompensasiya növləri, habelə, göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri hesabına artsa da, əsas səmərəlilik göstəricisi hesab olunan qeyrifaiz xərclərinin xalis məcmu gəlirə nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə sabit olaraq qalmışdır. Belə ki, 2023-ci ilin birinci yarımilində qeyri-faiz xərclərinin xalis məcmu gəlirə nisbəti 58% olmuşdur.
Bankların faiz gəlirləri əsasən istehlak və biznes kreditləri hesabına formalaşmışdır. 2023-cü ilin ilk yarısı ərzində sektorun faiz gəlirləri 33% (411 mln. manat), faiz xərcləri isə 36% (108 mln. manat) artaraq müvafiq olaraq 1.7 mlrd. və 405 mln. manat təşkil etmişdir. Faiz gəlirlərinin əsas hissəsi ötən ildəki kimi istehlak kreditləri (562 mln. manat) və biznes kreditləri üzrə (551 mln. manat) formalaşmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə nəzərçarpan artım digər faiz gəlirləri üzrə olmuşdur (91% və ya 227 mln. manat) ki, bu artım da əsasən banklardakı depozitlər (87 mln. manat), qiymətli kağızlar( 71 mln. manat) və faizli nostro hesablar (47 mln. manat) əsasında formalaşmışdır
Bankların faiz xərclərinin əsas hissəsini fiziki şəxslərin depozitləri üzrə xərclər təşkil edir. Bankların əsas dayanıqlı maliyyələşmə mənbəyi kimi çıxış edən fiziki şəxslərin depozitləri faiz xərclərinin də əhəmiyyətli hissəsini (52% və ya 210 mln. manat) formalaşdırır. Faiz xərclərinin digər əsas istiqamətləri hüquqi şəxslərin depozitləri və maliyyə institutlarının kreditləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 50 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib




















