TuranBank investisiya pul nişanları üzrə satış agenti seçildi
TuranBank Mərkəzi Bank tərəfindən investisiya pul nişanları üzrə satış agenti seçilib.TuranBank investisiya məqsədli pul nişanlarının satışını təmin etmək və onların geri alışını həyata keçirmək məqsədilə Mərkəzi Bank tərəfindən Satış Agenti seçilib.
Marja.az bu barədə Banka istinadən xəbər verir.
Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizdə ilk dəfə olaraq 10 may 2023-cü il tarixindən tədavülə buraxılmış yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə investisiya pul nişanlarının satışı və geri alışı, geri alınan pul nişanlarının ekspertizasının təşkili və ekspertizasının nəticəsi müsbət olduqda dəyərinin həmin gün onu təqdim etmiş şəxsə ödənilməsi TuranBank tərəfindən həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış bütün yubiley, xatirə və investisiya pul nişanları Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir və onların qalıqları, qiymətləri barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 20 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 50 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib





















