Bank Respublika nüfuzlu beynəlxalq təşkilat ilə irihəcmli kredit sazişi imzaladı
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri Bank Respublika və Asiya İnkişaf Bankı (AİB) arasında kredit sazişi imzalanıb.
Marja.az Banka istinadən xəbər verir ki, sazişə əsasən Banka 20 milyon ABŞ dolları ekvivalenti həcmində milli valyutada irihəcmli kredit ayrılacaq.
Cəlb edilən vəsait həm Bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektora kredit dəstəyinin gücləndirilməsinə, xüsusilə mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə imkan verəcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.
““Biz, Asiya İnkişaf Bankının uzun fasilədən sonra Azərbaycanın bank bazarına məhz Bank Respublika ilə qayıtmasını yüksək qiymətləndiririk. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkədə bank sisteminin sabitliyinə, həm də “Bank Respublika”nın etibarlılığına inamının daha bir mühüm göstəricisidir. AİB kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektoru daha sərfəli şərtlərlə dəstəkləmək imkanı verəcək və bununla da ölkədə sahibkarlığın inkişafına töhfə verəcək”- deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
“Kiçik və orta sahibkarlıq Azərbaycanda gəlirlərin artırılması və iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir, çünki onlar əmək qabiliyyətli əhalinin üçdə ikisindən çoxunu işlə təmin edir, həmçinin kənd təsərrüfatı sektorunda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin demək olar ki, 40%-i qadınlara məxsusdur. Bank Respublika Asiya İnkişaf Bankının çoxdankı, etibarlı tərəfdaşıdır və onun işi AİB-in ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq, kənd təsərrüfatını gücləndirmək və qadınların maliyyə, təlim və bazarlara çıxışına kömək etmək məqsədləri ilə uzlaşır. Biz Bank Respublika ilə əməkdaşlığımızdan məmnunuq və gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirik”, - deyə AİB-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Candice McDeigan bildirib.
“Tariyel İsmayılovnın regionlarda əhəmiyyətli iştirakı, kiçik və orta biznesə diqqət yetirməsi və kənd təsərrüfatı sektorunda qadın sahibkarlar və müştərilərin maliyyəyə çıxışını təşviq etmək öhdəliyinə görə güclü və dəyərli tərəfdaşımızdır. Bu saziş bizim regional təcrübəmizə, xüsusən də maliyyə bazarlarını gücləndirmək üçün yerli valyutalardan istifadənin üstünlüyünə əsaslanır”, - AİB-in Özəl Sektor Əməliyyatları Departamentinin baş direktoru Suzanne Gaboury bildirib.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank, Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - “Stabil" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























