“Xalq” Bank maliyyə göstəricilərini açıqladı
2023-cü ilin 9 ayı ərzində Xalq Bankın xalis mənfəəti 53.7 milyon manat təşkil edib.Azərbaycanda ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankı 2023-cü ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, “Xalq” Bankı aktivləri ötən ilin analoji dövrünün sonu ilə (30 sentyabr 2022) müqayisədə 14.9% artaraq 2 milyard 985.7 milyon manat, kredit portfelinin həcmi 17.6% artaraq 1 milyard 886 milyon manata çatıb.
30 sentyabr 2023-cü il tarixində Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 milyon 141.7 mln manat təşkil edib ki, bu da 2022-ci ilin eyni tarixi ilə müqayisədə ilə müqayisədə 20.4% və ya 363.2 milyon manat çoxdur.
2023-cü ilin 9 ayı ərzində Bankın xalis mənfəəti 53.7 milyon manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 41.5%, faiz gəlirləri isə 43.7% artıb. Hesabat dövrünə Bankın cəmi kapitalı 502.5 milyon manat təşkil edib.
Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





