Azərbaycan dövlətinin borcu 17 milyard manatı ötüb
2023-cü il 01 oktyabr tarixinə xarici dövlət borcu manat ifadəsində 11 milyard 109,5 milyon manat (6 milyard 535,0 milyon ABŞ dolları ekvivalenti) təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 9,3 faizi həcmində olmuşdur.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövrünə daxili dövlət borcu 6 milyard 93,8 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 5,1 faizi həcmində olmuşdur. Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir.
Hesabat dövrünə dövriyyədə olan dövlət qiymətli kağızlarının 25,4 faizi 1 illik, 57,9 faizi 2 və 3 illik,16,6 faizi isə 5 və 7 illik dövlət qiymətli kağızlarının payına düşür.
2023-cü il 01 oktyabr tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 milyard 203,3 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14,4 faizini təşkil etmişdir.
2023-cü ilin yanvar-sentyabr aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 713,7 milyon manat təşkil etmişdir. Sözügedən xərclərin 591,9 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, 121,8 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin payına düşür.
Bununla yanaşı, 2023-cü ilin 9 aylıq dövrü ərzində xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin 432,6 milyon manatı, daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin 557,3 milyon manatı, ümumilikdə 989,9 milyon manat məbləğində vəsait daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























