Bakı Aeroportu ən populyar 5 istiqaməti təqdim edir
2023-cü ilin 9 ayı ərzində Bakı-İstanbul-Bakı marşrutu üzrə 745 mindən çox sərnişin daşınıb.Ümumilikdə, Heydər Əliyev Beynəlxalq Aeroportundan 66 istiqamət üzrə 33 ölkəyə səyahət etmək mümkündür.
Marja.az Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, sərnişinlərə tələbatlarına uyğun müxtəlif aviaşirkətlərdən ibarət variantlar və uçuş cədvəlləri təqdim olunur.
Bakıdan ən populyar istiqamət şərq və qərb mədəniyyətlərinin qovuşduğu İstanbuldur. 2023-cü ilin 9 ayı ərzində Bakı-İstanbul-Bakı marşrutu üzrə 745 mindən çox sərnişin daşınıb. Bu gözəl şəhərin hər iki hava limanına uçan aviaşirkətlər sırasına “Azərbaycan Hava Yolları” (AZAL), “Turkish Airlines”, “AnadoluJet” və “Pegasus” daxildir.
İkinci ən məhşur istiqamət 510 minə yaxın sərnişinin daşındığı Rusiyanın paytaxtıdır. Bakıdan Moskvanın Domodedovo, Vnukovo və Şeremetevo hava limanlarına uçuşlar AZAL, “Aeroflot”, “Utair” və “IrAero” tərəfindən həyata keçirilir.
Birləşmiş Ərəb Əmirlikləri payız üçün ən maraqlı və cəlbedici səyahət məkanlarından biridir. Dubaya sərnişinlər həm AZAL, həm də “flydubai” aviaşirkətləri vasitəsilə səyahət edə bilər. Bu ilin 9 ayı ərzində bu istiqamətdə 224 mindən çox sərnişin daşınıb. Bundan başqa, əksər sərnişinlər Bakı-Əbu-Dabi-Bakı marşrutu ilə səyahətə üstünlük verirlər. Bu istiqamətdə uçuşlar “Air Arabia Abu-Dhabi” və “Wizz Air Abu-Dhabi” aviadaşıyıcıları ilə yerinə yetirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Gürcüstanın paytaxtı Tbilisiyə və əks istiqamətdə müntəzəm reyslər AZAL və “Georgian Wings” tərəfindən həyata keçirilir. Azərbaycanın milli aviadaşıyıcısı Bakı-Tbilisi-Bakı marşrutu üzrə hər gün iki dəfə olmaqla reyslər yerinə yetirir. Gürcüstanın "Georgian Wings" aviaşirkəti isə müntəzəm uçuşların sayını həftədə 5 dəfəyədək artırmaqla hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri uçuşlar həyata keçirir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna 39 xarici aviaşirkət uçuş yerinə yetirir, onlardan 17-i aşağıbüdcəli aviadaşıyıcılardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























