Bankların cəmi kredit portfeli 22 milyard manatı keçib
30 sentyabr 2023-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 530,5 milyon manat, cəmi öhdəlikləri 39 milyard 539,1 milyon manat, balans kapitalı 5 milyard 991,4 milyon manat olmuşdur. Sentyabr ayında bankların cəmi aktivləri, сəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.4%, 0.2% və 1.8% artmışdır.
Marja.az Mərkəzi banka istinadən xəbər verir ki, sentyabr ayında bankların kredit portfeli 2.1% və ya 467.7 milyon manat artaraq 22 milyard 281.9 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.2% (12 milyard 78.7 milyon manat); ıı) istehlak kreditləri – 30% (6 milyard 680.1 milyon manat) və ııı) ipoteka kreditləri – 15.8% (3 milyard 523.1 milyon manat). Ay ərzində biznes kreditləri mütləq ifadədə 256.9 milyon manat, istehlak kreditləri 147.6 milyon manat, ipoteka kreditləri isə 63.2 milyon manat artıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.3% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.4%-i və ya 32 milyard 174.2 milyon manat. Depozit portfelinin 61.4%-i (19 milyard 755.8 milyon manat) hüquqi şəxslərin, 38.6%-i (12 milyard 418.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 54.3%-i (6 milyard 745.4 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 896.1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.5%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında ilin əvvəlinə nəzərən 4.1 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 4.2 faiz bəndi azalaraq 35.1% təşkil etmişdir.
2023-cü ilin 9 ayında banklar 832.9 milyon manat xalis mənfəət, 1 milyard 227.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 22% və 26% artmışdır. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 214.7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% və ya 57.8 milyon manat daha çoxdur.
30 sentyabr 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 491, şöbələrinin sayı 88, ATM-lərin sayı 3047 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 39 nəfər artaraq 23 min 530 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
8 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
9 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 10 saat əvvəl
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















