Həm yağışdan sonra məhsul çürüyür, həm də qiymət aşağıdır
Bir neçə gündür Astara rayonunun sitrus bağlarında naringi yığımına başlanılıb.
Hazırda məhsul yığımı rayonun 30-a yaxın kəndində, əsasən də dağətəyi ərazilərdə aparılır.
Ötən illə müqayisədə bu il məhsuldarlıq çox aşağıdır. Fermerlər deyirlər ki, ötən il bir ağacdan 40-50 kiloqram məhsul götürmək olurdusa, bu il ağaclardan 15-20 kiloqram məhsul yığılır. Səbəb isə yağışlı hava şəraitidir. Yağışlı hava torpaqda rütubəti çoxaldır ki, bu da meyvənin çürüməsinə səbəb olur.
Təsərrüfat sahibi Tərgül Çarıyeva bildirir ki, yağışlı hava meyvənin dərilməsinə də imkan vermir: “Yağış yağandan sonra ağacın dibində ilbizlər yaranır. O da meyvəni yeyərək xarab edir. Bir neçə gün yağış yağmasa, rahatlıqla məhsulumuzu yığa bilərik”.
Siyakü inzibati ərazi dairəsi üzrə nümayəndə Xəlil Zahirovun sözlərinə görə, bu il məhsulun keyfiyyəti yaxşı olsa da, çəkisi çox aşağıdır. Bunun da əsas səbəbi ağacların çiçəkləmə dövründə yağıntıların çox olmasıdır. “Hazırda bağlarda nazik qabıq və tez yetişən “karli” sortundan olan naringi yığılır. Qiymət isə ötən ilkinə nisbətən bir az aşağıdır. Alıcılar bağlardan naringini 70-80 qəpiyə alırlar. Ümumi götürəndə vəziyyət elə də pis deyil. Ərazimizdə 300 hektar sahədə naringi yetişdirilir. Bunun da 276 hektar sahəsi məhsuldar ağaclardan ibarətdir”, - deyə o vurğulayıb.
Qiymətə təsir edən amillərdən biri də xarici məhsulun ölkəmizə gətirilməsi, eləcə də yerli məhsulun xarici bazarlara çıxmamasıdır. “Bizim ərazi vahidliyinə daxil olan kəndlərdə 300 hektara yaxın sitrus bağları salınıb. Hazırda bağlarda naringi yığımı gedir. Yağan yağışlar yığım prosesini geckdirərək, məhsulun çürüməsinə şərait yaratdı. Bir neçə gündür havaların isti keçməsi bağlarda yığım prossesini sürətləndirib. Çalışırıq ki, ən qısa zamanda məhsulu tədarük edib, paytaxt bazarlarında satışa çıxaraq”, - deyə Siyəkü kəndinin bələdiyyə sədri Ramin Dədəyev bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 saat sonra
-
-
46 d. əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 47 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























