Mercedes-Benz-in satışı, gəliri və mənfəəti azalıb
Almaniyanın avtomobil istehsalçısının iyul-sentyabr dövründə əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 4,9 milyard avroya düşüb.Mercedes-Benz 2023-cü ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az xəbər veri ki, Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz-in əməliyyat mənfəəti üçüncü rübdə tədarük problemləri və sərtləşən rəqabət səbəbindən azalıb.
İyul-sentyabr aylarında şirkətin əməliyyat mənfəəti (EBITDA) ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 4,9 milyard avroya düşüb.
Sözügedən dövrdə satış gəlirləri isə 1,4 faiz azalaraq 37,2 milyard avroya düşüb.
E-Classdakı model dəyişikliklər və məzənnə də Mercedes-in balansına mənfi təsir edib.
Alman istehsalçının avtomobil tədarükləri üçüncü rübdə keçən ilin eyni rübü ilə müqayisədə 3,7 azalaraq 510 min 564 ədədə geriləyib.
İlin yanvar-sentyabr dövründə tədarüklər keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 1 milyon 529 min 800 ədədə çatıb.
Şirkət bu il avtomobil satışlarında mənfəət marjasının (mənfəətin dövriyyəyə nisbəti) 12-14% aralığında olacağını gözlədiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























