Metroda gediş haqqının artırılması nəzərdə tutulur? - "Gərgin iş aparılır"
Metroda yeni gediş haqqı qiyməti barədə təklif 6 ay müddətində təsdiq edilib, Azərbaycan Prezidentinə məlumat veriləcək."Bakı Metropoliteni”yaxın müddətdə qiymət artımı ilə bağlı müraciət edibmi, etməyibsə, bunu planlaşdırırmı? sualına cavab verilib.
"Bakı Metropoliteni” QSC-də sədr müavini Hidayət Məmmədov bildirib ki, bu il sentyabrın 2-də Prezident İlham Əliyev “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb:
"Bu sənədlə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib. Edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir.
Digər dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.
Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq.
Qeyd edə bilərəm ki, haqqında söz açdığım Fərmandan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bakı Metropoliteni” QSC ilə də gərgin iş aparır".
Hidayət Məmmədov əlavə edib ki, 2022-ci ildə bir sərnişinin daşınması "Bakı Metropoliteni”nə 68 qəpiyə başa gəlib.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
34 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
59 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti



























