Lixtenşteyn şirkəti Azərbaycan şirkəti üçün sikkələr istehsal edəcək
“AzerGold” QSC sikkə kolleksiyasının istehsalında yeni texnologiyaların tətbiqinə hazırlaşır“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Satış və mübadilə mərkəzində Lixtenşteyn Knyazlığınının “CIT Coin Invest AG” şirkətinin rəhbər heyəti ilə işgüzar görüş keçirilib.
Marja xəbər verir ki, görüşdə müasir numizmatika sahəsində inqilabi texnologiya hesab edilən “Smartminting” prosesinin yaradıcısı və sözügedən texnologiya üzrə patent sahibi olan beynəlxalq şirkətlə əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.
Qeyd edilib ki, “AzerGold” QSC fəaliyyətinin bütün istiqamətləri üzrə, xüsusilə də istehsal sahəsində qabaqcıl texnologiyaların, innovativ yanaşmaların geniş tətbiqində maraqlıdır. Cəmiyyət 2019-cu ildən etibarən pərakəndə satış bazarına təqdim etdiyi qızıl sikkə çeşidlərininin hazırlanmasında müasir və alternativ istehsal həlli olan “Smartminting” texnologiyasının üstünlüklərindən faydalanmaq niyyətindədir.
Daha sonra “CIT Coin Invest AG” şirkətinin istehsalat təcrübəsindən bəhs edilib. “Smartminting” texnologiyasının ən böyük üstünlüyünün qeyri-adi, mürəkkəb dizaynların detallarını dəqiqliklə əks etdirmək, 3 ölçülü və daha qabarıq formalarda relyefli sikkələri istehsal etmək olduğu bildirilib. Bu texnologiya əsasında hazırlanacaq məhsulların digər sikkə çeşidləri kimi alıcıların yüksək marağına səbəb olacağına əminlik ifadə edilib.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə satış bazarı üçün qızıl və gümüşdən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. Müxtəlif dizaynlarda hazırlanmış qızıl və gümüş sikkə kolleksiyaları ölkəmiz və onun tarixi, incəsənəti, mədəni irsinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 14 d. əvvəl
- 17 d. əvvəl
- 18 d. əvvəl
- 19 d. əvvəl
- 35 d. əvvəl
-
56 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Ən çox oxunanlar
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA







.jpg)






.jpg)






