"Dövlət mənim xaricdə təhsil almağıma 130 min dollar xərcləyib" - NAZİR
"Yaxşı kadr üçün 10 min avro ödədiyimiz proqramlar var. Misal olaraq, bir dəfə hesablamışdım ki, mənim dövlət hesabına xaricdə təhsil almağım üçün 130 min dollar sərmayə qoyulub. Təşəkkürümü bildirirəm ki, bu sərmayə qoyuldu və mən xaricdə təhsil ala bildim".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, elə universitet var ki, bir mühəndisi 1500 manata hazırlayır:
"Kompüter mühəndisi isə bu gün ortalama 4000 manata yaxın əməkhaqqı alır. Etiraf edək ki, universitetlərin yanaşması belədir; deyir ki, o vəsaiti versən, sənə o ixtisası verərəm. Bu gün "dünyada rəqabətədavamlı kompüter mühəndisi hazırlamaq neçəyə başa gələr?" sualı daha maraqlıdır".
"Düşünmək lazımdır ki,1500 manata 10 min avro xərc tələb olunan həmin ixtisas üzrə, heç olmasa, ona bərabər və ya yaxşı mühəndis yetişdirmək mümkündürmü?! Hamı buna inanırsa, onda sözümü geri götürürəm. Diplom xatirinə verilən təhsil isə başqa məsələdir. Bu məsələləri açıq şəkildə qorxmadan müzakirə etməliyik. Hamı təhsil almaq istəyir. 1500 manat təhsilhaqqı olsa belə, heç olmasa, həmin şəsx 4 il müddətində bəzi bacarıqlarını inkişaf etdirir", - o əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























