“Dövlətin parkinq və cərimələrdən pul qazanmaq niyyəti yoxdur”
İyulun 25-dən dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə görə yeni ödəniş məbləğlərinin tətbiqi dövlətin pul qazanmaq niyyətini daşımır.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında deyib.
Onun sözlərinə görə, cərimənin məqsədi hansısa düzgün olmayan fəaliyyəti müəyyən formada yasaqlamaqdır: “Kim ki, bu qaydaları pozur, ona qarşı müəyyən cəza tədbirləri görülür. O cümlədən, parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu konsepsiya ictimai nəqliyyatın təkmilləşdirilməsi məsələsinə xidmət edir”.
Qeyd edək ki, nazir bunu deputat Fazil Mustafanın parkinqlərlə bağlı iradına cavab olaraq bildirib.
Qeyd edək ki, hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni, mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçi özü qəbul edə bilər.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
35 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 50 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib


























