Bakı Dəmiryol Vağzalında növbəti praktiki təlim keçirilib - VİDEO
Təhlükəsizlik ADY-nin əsas prioritetidir“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Fövqəladə Hallar Nazirliyi ilə birgə 31 oktyabr 2023-cü il tarixində Bakı Dəmiryol Vağzalında dəmir yolu nəqliyyatında “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda praktiki təlim keçirib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işləri, o cümlədən təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələrində əməkdaşların bilik və səriştəliyinin artırılması və təcrübə mübadiləsinin genişləndirilməsidir.
Təhlükəsiz, etibarlı, müasir və eyni zamanda dayanıqlı nəqliyyat xidmətləri göstərməklə ADY Azərbaycanın regionun nəqliyyat qovşağına çevrilməsinə töhfə verməyi hədəfləyib. Bu baxımdan qurum əməkdaşlarının fəaliyyətində, o cümlədən sərnişin və yük daşımalarında təhlükəsizliyə ciddi önəm verir, müvafiq istiqamətdə risklərin idarəedilməsi prosedurlarını uğurla həyata keçirir.
Qeyd edək ki, təşkil olunmuş birgə təlimə FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti ilə yanaşı, xüsusi təlim görmüş itlər, ADY-nin mülki müdafiə qüvvələri, o cümlədən 2 yanğınsöndürən qatar və müvafiq nəqliyyat vasitələri cəlb olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir























