"Dövlət əmlakının icarəyə verilməsində əlavə gəlir potensialı var"- PALATA
Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz cari ilin layihəsi ilə müqayisədə artıq nəzərdə tutulsa da, aparılmış təhlillər və mövcud icra vəziyyəti əlavə potensialın olduğu qənaətinə gəlməyə əsas verir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilib ki, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 2024-cü ilin dövlət büdcəsi layihəsində 28,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2022-ci ilin icrası ilə müqayisədə 3,1 mln. manat və ya 12,4%, 2023-cü ilin proqnoz göstəricisindən isə 3,0 mln. manat və ya 12,0% çoxdur.
Bu mənbədən daxilolmalar üzrə cari ilin 8 aylıq proqnoz göstəricisi 115,3% (proqnoz 18,9 mln. manat, icra 21,8 mln. manat) icra edilmişdir. Proqnozun artıqlaması ilə icrası əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən icarə haqqı məbləğlərinin 15,4 mln. manat proqnoza qarşı 17,5 mln. manat, yəni 2,1 mln. manat və ya 13,6% çox, həmçinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda daşınmaz dövlət əmlakının icarəyə verilməsindən icarə haqqının 3,4 mln. manat proqnoza qarşı 4,2 mln. manat, yəni 0,8 mln. manat və ya 23,5% çox toplanması ilə əlaqədar olmuşdur.
Rəydə qed edilib ki, Hesablama Palatası tərəfindən müxtəlif müəssisələrdə keçirilmiş auditlər də bu sahədə əlavə potensialın olması qənaətinə gəlməyə əsas verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir


























