Böyük Britaniyada inflyasiya son 2 ilin ən aşağı səviyyəsinə düşüb
İnflyasiya 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.İngiltərədə inflyasiya son 2 ilin ən aşağı səviyyəsinə düşüb.
Milli Statistika İdarəsi çərşənbə günü Oktyabr ayı İstehlak Qiymətləri İndeksi (İQİ) məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, Böyük Britaniyada İstehlak Qiymətləri İndeksi (inflyasiya göstəricisi) oktyabr ayında ötən ilin eyni ayına nisbətən 4,6% artaraq 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Oktyabr ayında qiymətlərin illik 4,7 faiz artacağı gözlənilirdi. Britaniyada İstehlak Qiymətləri İndeksi keçən ay illik 6,7 faiz artmışdı.
Ölkədə ərzaq və enerji qiymətlərini nəzərə alınmayan baza inflyasiyası illik 5,7 faiz təşkil edib. Sentyabr ayında baza inflyasiya illik 6,1% olmuşdu.
Açıqlanan məlumatlar analitiklərin İngiltərə Mərkəzi Bankının faiz artımını dayandırdığına dair gözləntilərini gücləndirib.
İngiltərənin baş naziri Rişi Sunak 2023-cü ildə inflyasiyanın yarıya endirilməsi ilə bağlı verdiyi vədlərdən birini yerinə yetirməklə gələn il keçiriləcək ümumi seçkilərdə üstünlük əldə edib. "Bu səhər açıqlanan rəsmi rəqəmlər təsdiq edir ki, biz bu ilin əvvəlində müəyyən etdiyim beş prioritetdən birincisinə cavab verən inflyasiyanı yarıya endirmişik", - Sunak açıqlamasında bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 26 d. əvvəl
-
35 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
38 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
























