Starlink 2024-cü ildə birjaya çıxa bilər
Space X, 2024-cü ilin sonunda Starlink peyk şirkətinin səhmlərinin ilkin kütləvi təklifini (İPO) nəzərdən keçirir.Amerika aerokosmik şirkəti SpaceX tərəfindən idarə olunan və 60-dan çox ölkəni əhatə edən peyk internet şirkəti Starlink 2024-cü ildə birjaya çıxa bilər.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, SpaceX şirkəti sürətlə böyüyən Starlink peyk şirkətinin 2024-cü ilin sonunda ilkin kütləvi təklifi ilə (Initial Public Offering - IPO) bağlı danışıqlar aparır.
Adının açıqlanmasını istəməyən mənbə, SpaceX peyk bölməsinin aktivlərini kütləvi investorlara açıqlanacaq törəmə müəssisəyə köçürüb.
Yekun qərar hələ verilməyib və ola bilsin ki, SpaceX bu bölməni özündə saxlasın. Mənbələr İPO-nun 2025-ci ilə qədər təxirə salına biləcəyini də söyləyib.
"Space Exploration Technologies Corp."un nümayəndəsi sorğulara cavab verməyib.
SpaceX-in qurucusu və Baş direktoru Elon Musk illərdir Starlink-in ictimaiyyətə təqdim edilməsi ehtimalını dilə gətirirmişdi.
Digər tərəfdən, Mask keçən il işçilərinə IPO-nun illər boyu baş tutmaya biləcəyini də söyləmişdi.
Noyabrın 6-da Bloomberg News xəbər verib ki, SpaceX Starlink-in gələn il ümumi satışlarının 10 milyard dollar civarında olacağını, onun raket buraxılışı biznesini geridə qoyacağını və ümumi satışların üçdə ikisini təşkil edəcəyini gözləyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 49 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 3 saat əvvəl
-
4 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 21-də gözlənilən hava şəraiti
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb























