Türkiyədə əmanət faizləri 46 faizi ötüb
Əmanətlərin əksəriyyətini təşkil edən 1-3 ay müddətində əmanətlər üzrə orta faiz dərəcəsi 46 faizi keçərək son 20 ilin ən yüksək səviyyəsinə çatıb.Türkiyədə depozit faizlərində artım tempi davam edir.
Marja.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) məlumatına görə, 17 Noyabr həftəsində əmanətlərin əksəriyyətini təşkil edən 3 aya qədər müddətli əmanətlər üzrə orta faiz dərəcəsi 46,25%ə yüksəlib. Bu, son 20 ildə müddətli əmanətlər üzrə ən yüksək faiz dərəcəsidir.
2022-ci ildə əmanət faizləri 17 faizdən aşağı düşmüşdü.
Bank sektorundakı cəmi əmanətlər noyabrın 17-də bitən həftədə 354 milyard 355 milyon 133 min lirə artaraq 14 trilyon 715 milyard 813 milyon 970 min lirəyə çatıb.
Eyni dövrdə banklardakı Türk Lirəsindəki əmanətlər 3,7% artaraq 8 trilyon 435 milyard 499 milyon 811 min lirəyə, xarici valyutada əmanətlər isə 1,1% artaraq 5 trilyon 690 milyard 266 milyon 143 min lirəyə çatıb.
Qeyd edək ki, bu gün Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 5 bənd də artıraraq 35%-dən 40%-ə yüksəldib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















