Ağacdakı “konfet”lər yetişdi - Çox ləzzətlidir və qeyri-adi dadı var
8 il əvvək əkdiyi ağacdan artıq üç ildir “konfet” toplayırÇox ləzzətli və qeyri-adi dada malik meyvədir. Şirinliyinə və rənginə görə bu meyvəyə el arasında konfet və ya şokolad ağacı deyirlər. “Konfet”lər artıq yetişib. Bal kimi şipşirindir. Hər gün bizim uşaq bu ağacdakı meyvələrdən toplayıb sinif yoldaşları üçün aparır.
Bunu Xaçmazlı bağban Qurban Qəribov deyib.
Xaçmazlı bağban ölkəmizdə nadir rast gəlinən konfet ağacı becərir. Təsərrüfatçı 8 il əvvəl əkdiyi ağacdan artıq üç ildir “konfet” toplayır.
Bağban bildirir ki, konfet ağacı kimi tanınan “Şirin hoveniya”nın vətəni Yaponiya, Şərqi Çin, Koreya və Himalay ətrafı ərazilərdir.
“Noyabrın axırı-dekabrda ağac yarpaqlarını tökür, meyvələri şirinləşir. Mart ayına kimi “konfet”lər ağacda qalır. Şaxta, qar bu meyvəyə təsir etmir. Qaldıqca daha da şirinləşir. Çox şirin olsa da, istifadə edildikdə şəkəri, təzyiqi qaldırmır. Hələ bunun iyul ayında çiçəklərini görəsiniz. Bütün ağaclar meyvədə olan vaxt konfet ağacı çiçək açır. Çox gözəl görünüşü olur”, - deyə Qurban Qəribov söyləyir.
Konfet ağacı əsasən rütubətli, qumsal torpaqlarda bitir. Ağacın hündürlüyü 10-20 metrədək olur. Meyvələrinin tərkibində şəkərin miqdarı 20-25 faizə çatır. Şirin, ətirli meyvənin saplaqları yeməlidir və dadına görə turş kişmişə bənzəyir. Ona görə konfet ağacını “yapon kişmiş ağacı” da adlandırırlar. Qurudulmuş halda meyvə saplaqları kişmiş kimi istifadə edilə bilər.
Qurban Qəribov konfet ağacının becərilməsində gübrə və dərmanlardan istifadə etməyib. Təcrübəli bağban tələbatı nəzərə alaraq satış məqsədilə konfet ağacının tinglərini çoxaldıb.
İxtisasca aqronom olan Qurban kişi 25 ildən çoxdur dekorativ bitkilərə maraq göstərir. Xaçmaz rayonunun Armudpadar kənd sakini həyətyanı sahəsində müxtəlif növ çox dekorativ bitki, kol və ağac becərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 45 d. sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)




