Talıbova məxsus şirkətin ofisinin önündə aksiya keçirilib
Naxçıvan şəhərində Seymur Talıbova məxsus ofisin önündə etiraz aksiyası keçirilib.
Aksiyada Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin keçmiş sədri Hicran Rüstəmovun ailə üzvləri iştirak ediblər.
Seymur Talıbova məxsus "Reges Renta Cars" şirkətinin ofisinin önündə keçirilən aksiya zamanı onlar hazırda həbsdə olan Rafael Əliyev və Hicran Rüstəmovun məhz Seymur Talıbova görə həbs edildiyini, dövlətə olan borcları onun ödəməli olduğunu bildiriblər.
Qeyd olunub ki, S.Talıbov tərəfindən dövlətə pulun bir qismi ödənilib, yaxınları isə məhz ona görə 1 ilə yaxındır həbsdədilər. Artıq 3-cü dəfədir bura gəldiklərini deyən etirazçılar, hələ də S.Talıbovun qəbuluna düşə bilmədiklərini açıqlayıblar.
Qarşı tərəfin mövqeyini öyrənməyə cəhd edilib, lakin məsələ ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin, Rafael Əliyev isə 144 milyon manat dövlət vəsaitinin mənimsəməkdə ittiham edilirlər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 24 d. əvvəl
-
-
38 d. əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İsrailin aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
























.jpg)



