“Veysəloğlu”nun Baş icraçı direktoru dəyişdi
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov şirkətin Baş icraçı direktoru oldu.Veysəloğlu Şirkətlər Qrupunda Baş icraçı direktor vəzifəsində dəyişiklik olub.
Marja xəbər verir ki, Şirkətlər qrupunun təsisçisi Aydın Talıbov baş icraçı direktor vəzifəsinin icrasına başlayıb. Daha əvvəl bu vəzifəni tutan Burak Dəniz işdən ayrılıb.
Aydın Talıbov biznes fəaliyyətinə 1992-ci ildə başlayıb. Gündəlik tələbat məhsulları sektorunda “Veysəloğlu Distribusiya”, “Ulduz” Şokolad Fabriki, “Veyseloglu Georgia”, “Araz” supermarketlər şəbəkəsi, “Xonça” Fabriki, “OBA” marketlər şəbəkəsi, “AVT Logistics” kimi uğurlu bizneslərin təşkilinə nail olub. “SPAR”, “Rossmann”, “Pepco” kimi Avropa brendlərini yerli istehlakçılar üçün əlçatan edib. A.Talıbov həmçinin “Sirab” ASC və “Badamlı Mineral Sular” MMC şirkətlərinin də təsisçilərindəndir.
Ölkə qarşısında göstərdiyi xidmətlərə görə Aydın Talıbov Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun əsası 29 il əvvəl qoyulub. Şirkətlər qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Qrup 2022-2023-cü illərdə “Deloitte” şirkətinin təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
-
31 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
















.jpg)








