“PAŞA Bank”ın dəstəyi ilə nəşr edilmiş “Proqramlaşdırma yarışlarına hazırlıq” kitabının təqdimatı keçirilib

Dekabrın 14-də Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın dəstəyi ilə nəşr edilmiş “Proqramlaşdırma yarışlarına hazırlıq” kitabının təqdimatı keçirilmişdir.
Kitab ölkədə yarış proqramlaşdırmasının əsasını qoymuş, Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasına rəhbərlik etmiş görkəmli alim və pedaqoq Ramin Mahmudzadəyə həsr edilmişdir.
ADA Universitetində keçirilən təqdimat mərasiminə Milli Məclisin üzvləri, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, Təhsil İnstitutu, Dövlət İmtahan Mərkəzi, “PAŞA Bank” və ADA Universitetinin nümayəndələri, digər universitetlərin rektorları və İT kafedralarının rəhbərləri dəvət olunublar.
Kitabın təqdimat mərasimində “PAŞA Bank”ın texnologiya blokunun baş direktoru Vüsal Xəlilov müasir Azərbaycanda informatika və proqramlaşdırma elmlərinin inkişafında, bu sahədə saysız gənc kadrların peşəkar kimi yetişməsində və onların gələcək uğurlarında Mahmudzadənin müstəsna rolunu qeyd etmişdir.
“Uzun illərdir ki, həm ölkədə, həm də xaricdə beynəlxalq şirkətlərdə Ramin müəllimin xeyli sayda yetirməsi yüksək peşəkarlıq tələb edən vəzifələrdə çalışırlar. Bu gün aramızda olmasa da, düşünürəm ki, bundan sonra da İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında Ramin müəllimin zəhməti daha çox bəhrə verəcəkdir. Əminəm ki, PAŞA Bankın dəstəyi ilə nəşr edilmiş bu kitab Azərbaycanın istənilən guşəsində olan məktəbli və tələbəyə öz doğma dilində fundamental biliklərə yiyələnməkdə kömək edəcəkdir,” - deyə, Xəlilov bildirib.
Qeyd edək ki, İsmayıl Sadiqov (Calallı) və Mixail Medvedyev tərəfindən yazılmış kitabda proqramlaşdırma olimpiadalarının keçirilmə mexanizmi və onlara necə hazırlaşmaq yolları ətraflı təsvir edilir və əsas mövzuların və alqoritmlərin təhlili verilir. Nəşr ilk növbədə proqramlaşdırma müsabiqələrinə hazırlaşan şagird və tələbələr, onların müəllimləri üçün nəzərdə tutulmuşdur. Kitab həmçinin dərs vəsaiti olaraq informatika təmayüllü liseylər, ali və orta ixtisas təhsilli müəssisələrinin İKT ixtisaslarının tələbələri üçün də faydalı olacaqdır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Coca-Cola Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 saat əvvəl
-
1 gün əvvəl
BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu
-
- 3 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar
- 3 gün əvvəl
-
3 gün əvvəl
7 ayda "Azərkosmos" tərəfindən 10,1 milyon dollarlıq xidmətlər ixrac edilib
- 3 gün əvvəl
-
3 gün əvvəl
Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
-
3 gün əvvəl
Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK
- 3 gün əvvəl
Son Xəbərlər

Oxucuların və tərəfdaşların diqqətinə!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“PAŞA Sığorta”nın beynəlxalq reytinqi yüksəlib!
Ən çox oxunanlar

"Avrora" şirkətinin ixracı kəskin artıb

2 otaq studiya mənzil aylıq cəmi 957 manat!

"HOPER" şirkəti ilk onluğa "hoppanıb"

Daha 4 yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faizdən çox artıb

Azərbaycanda bank kartlarının sayı 21 milyon ədədə yaxınlaşıb
