Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin gələn il faiz endirimlərinin başlayacağına dair açıqlamalarına baxmayaraq, yeni həftənin açılışında dollar indeksində müsbət tendensiya müşahidə edildi.
FED-in ötən həftə keçirilən bu ilin son iclasından gələcək dövrlə bağlı siqnallar gələn il faiz endirimlərinə başlana biləcəyinə dair nikbin atmosferi bəsləsə də, FED rəsmilərinin cümə günü verdiyi açıqlamalar bu optimizmi azaldıb. Belə ki, Çikaqo FED sədri Austan Qulsbi, FED-in tezliklə və sürətlə faiz dərəcələrini aşağı salmaq üçün əvvəlcədən öhdəlik götürmədiyini və birjaların faiz endirimi ehtimallarının güclənməsinin bankın fəaliyyəti ilə ziddiyyət təşkil etdiyini söylədi.
San-Fransisko FED sədri Meri Deyli verdiyi müsahibədə həddindən artıq sərtləşmənin qarşısını almaq üçün gələn il faiz dərəcələrinin aşağı salınmasının lazım ola biləcəyini bildirib. Deyli, inflyasiyada azalma davamlı olacağı təqdirdə, FED-in gələn il uçot faizini üç dəfə azalda bilər. Lakin, monetar siyasətin kifayət qədər məhdudlaşdırıcı olacağını bildirib.
Analitiklər, investorların bu həftə FED-in faiz dərəcələrini aşağı salmağa nə vaxt başlaya biləcəyinə dair fikir formalaşdıra biləcək iqtisadi məlumatları izləyəcəklərini qeyd edirlər.
Korporativ tərəfdən, Yaponiyanın “Nippon Steel”-in şirkəti 14.9 milyard dollarlıq müqavilə ilə “US Steel”-i alacağı xəbərindən sonra, sonuncunun səhmləri 26%-dən çox dəyər qazanıb.
ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri olan “Apple”-n səhmləri Çinin "dövlət işçilərinin “iPhone”-lardan istifadəsinə qoyulan qadağaları genişləndirməsi" xəbərindən sonra təxminən 1% ucuzlaşıb.
Cari həftənin ilk ticarət gününü 102.56 bənd səviyyəsində tamamlayan DXY hazırda 102.60 bənd səviyyəsində qərarlaşıb. Həftənin ilk günü major valyutalar və qızıl dollar qarşısında bir qədər zəifləyiblər.
Bugün isə, Avrozonada İstehlak Qiymətləri İndeksi göstəriciləri və Amerikada tikinti sektoruna dair statistik rəqəmlər valyuta birjalarında tendensiyaların formalaşmasına ciddi təsir edə bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
14 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
15 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir





















