“AtaBank”dan “AzəriKard”a transfer
“AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Emil Əmirov istefa verib.
“Marja”nın maliyyə sektorundan əldə etdiyi məlumata görə, 3 ilə yaxındır “AtaBank”da çalımış Emil Əmirovun istefası Beynəlxalq Banka peşəkar kadrların cəlb edilməsi prosesinin tərkib hissəsidir. Əldə etdiyimiz məlumata görə, Emil Əmirov “AzəriKard” MMC-yə dəvət alıb. Onun MMC-nin direktoru vəzifəsinə təyin olunduğu da danışılır.
Qeyd edək ki, Emil Əmirov, Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Xalid Əhədovun Müşahidə Şurasının sədri olduğu “MilliKart”da İcraçı Direktorun müavini vəzifəsini icra edir.
Əmirov Emil Etibar oğlu 1978-ci ildə Salyan rayonunda anadan olub.
Qafqaz Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bitirib.
2000-2001-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçib.
11 mart 2002-ci il tarixində Azərbaycan Respublikası Milli Bankında Ödəniş Sistemləri və İnformasiya Texnologiyaları Departamentinin İnformasiya Texnologiyalarının İnkişafı Şöbəsində aparıcı mütəxəssis qismində əmək fəaliyyətinə başlayıb.
26 mart 2003- cü ildə elə həmin şöbənin rəisi vəzifəsini icra etməyə başlayıb.
03.01.2005-ci il tarixində Azərbaycan Respublikası Milli Bankının nəzdində olan “MilliKart” Prosessinq Mərkəzinin Texniki Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
02.10.2006-cı il tarixində “MilliKart” Prosessinq Mərkəzinin Milli Bankdan ayrılması səbəbilə vəzifəsindən azad olunub və yeni yaradılmış “Milli Kart” MMC-də Texniki Şöbənin rəisi vəzifəsinə təyin olunub.
16 oktyabr 2006-cı il tarixindən etibarən “Milli Kart” MMC-də İcraçı Direktorun müavini vəzifəsini icra etməyə başlayıb.
01 yanvar 2008-ci il tarixində isə İcraçı Direktorun müavini vəzifəsinə təsdiqlənmişdir.
18.03.2013-cü tarixindən etibarən AtaBank-ın İdarə Heyətinin üzvü seçilmiş və İcraçı Direktor vəzifəsində çalışmışdır.
12.04.2016-ci il tarixindən etibarən isə "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin müavini təyin olunmuşdur.
Bankçılıq üzrə bir çox yerli və ya beynəlxalq seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və digər tədbirlərdə iştirak edib.
Evlidir. Iki övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ

























