Bu il ölkədə ardıcıl iki CulTech Hakatonu keçirildi - QALİBLƏR
(®) 1-3 dekabr və 15-17 dekabr tarixlərində kreativ sektorda olan problemlərə innovativ həll yolları tapmağa çalışan komandaları birləşdirən CulTech hakatonları təşkil edilib.
Hakatonların hər biri 48 saat ərzində intensiv şəkildə davam edib yaradıcı məhsulların təqdimatı ilə başa çatıb.
Ümumilikdə 25 komandanın hazırladığı innovativ məhsullar incəsənətin müxtəlif sferalarını əhatə edib müzey, kino və musiqi sahəsinə daha çox fokuslanmışdır. İdeyalar münsiflər heyəti tərəfindən qiymətləndirilib və hər proqramda 3 qalib elan edilib. Qaliblərə həvəsləndirici elektron cihazlar hədiyyə olaraq təqdim olunub.
Münsiflərin dəyərləndirməsinə əsasən, "CulTech Hakatonu 1"də birinci yer “PixelPioneers”, ikinci yer “EnchaTech” və üçüncü yerin sahibi isə “404”, "CulTech Hakatonu 2"də isə 1-də birinci yer “Watch+s”, ikinci yer “Zoove” və üçüncü yerin sahibi isə “Chapline” komandaları olub.
Əlavə olaraq onu bildirək ki, hər hakatonda iştirak etmiş ən yaxşı komandalar növbəti inkubasiya xarakterli proqramlarda iştirak üçün dəvət ediləcəklər.
Qeyd edək ki, 1-ci və 2-ci “CulTech Hakaton”ları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə reallaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
26 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
48 d. əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
54 d. əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
Ən çox oxunanlar
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır


















