Dövlət İqtisad Universitetində yeni qərarlar qəbul olunub
Çıxışlardan öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov elm üzrə prorektor vəzifəsinə yeni təyin olunmuş dosent Fariz Əhmədovu Elmi Şura üzvlərinə təqdim edib.
Sonra İmtahan Mərkəzinin direktoru dosent Söhrab İsayev 2023/2024-cü tədris ilinin payız semestrinin ara qiymətləndirmə imtahanlarının yekunları və qış imtahan sessiyasına hazırlıq barədə hesabatla çıxış edib.
Bildirilib ki, aralıq imtahanların 456-sı yazılı və 302-si test imtahanı olmaqla keçirilib. İmtahanlarda qaydaların pozuntusu hallarının təqribən üç dəfə azaldığı müsbət hal kimi qiymətləndirilib.
Tədris üzrə prorektor dosent Gəray Musayev isə hibrid formada təşkil ediləcək fənlərin siyahısının artırıldığını, siyahıya yeni 32 fənnin əlavə olunduğunu deyib. Ümumilikdə isə 74 fənn üzrə dərslərin hibrid formada aparılacağını diqqətə çatdırıb.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Şuranın qərarı ilə xarici dil üzrə IELTS sertifikatı 7 baldan yüksək olan tələbələr “Xarici dil” fənni üzrə 1, 2, 3-lə yanaşı, “Xarici dil – 4” fənnindən də azad ediləcəklər.
İclasda 1 və ya 2 qaib limitini keçmiş əyani və qiyabi təhsil alan tələbələrin imtahana buraxılacağı barədə də qərar qəbul olunub. Qərar Zaqatala filialının, eləcə də UNEC nəzdində fəaliyyət göstərən kolleclərin tələbələrinə də şamil olunacaq.
Şuranın sonunda “İqtisadi və texnoloji elmlər” kafedrasında boş olan professor vəzifələrinin tutulması ilə bağlı seçkilər keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 4 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























