ABŞ-da Apple smart saatlarının satışı qadağan edilib
Apple-ın ABŞ-da yerləşən Masimo və Cercacor Laboratories-ə aid iki patenti pozduğu müəyyən edilib.ABŞ-ın texnologiya nəhəngi Apple şirkətinin ən yeni ağıllı saat modelləri olan Apple Watch Ultra 2 və Apple Watch Series 9-un ABŞ-da satışı qadağan edilib.
Marja.az xəbər verir ki, ABŞ Beynəlxalq Ticarət Komissiyasının Oktyabr ayında tibbi monitorinq texnologiyası şirkəti Masimo-nun şikayətindən sonra Apple-a sözügedən ağıllı saatların idxalını və satışını dayandırmağı əmr edən qərarına ABŞ prezidenti Co Baydenin administrasiyası veto qoymayıb.
Dekabrın 25-nə qədər veto hüququ olan Bayden administrasiyası qərara veto qoymadığından, Apple-ın ən yeni ağıllı saat modelləri Apple Watch Ultra 2 və Watch Series 9-un ölkədə satışı qadağan edilib.
ABŞ Ticarət Nümayəndəliyinin (USTR) verdiyi açıqlamada xatırladılıb ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası Apple-ın ABŞ-da yerləşən Masimo və Cercacor Laboratories-ə aid iki patenti pozduğunu müəyyən edib.
Apple qərardan ABŞ Federal Apellyasiya Məhkəməsinə şikayət edib. Qərarın dayandırılmasını tələb edən Apple, yanvarın 12-dək saatların yenidən dizayn edilmiş versiyalarının Masimo-nun patentlərini pozub-pozmadığına qərar verəcək ABŞ Gömrük və Sərhəd Mühafizəsinin qiymətləndirməsini gözləməyi istəyib.
Beynəlxalq ticarət mübahisələrinə nəzarət edən ABŞ Beynəlxalq Ticarət Komissiyası oktyabr ayında Apple Watch-un qanda oksigen səviyyəsini oxumaq qabiliyyətinin Masimo-nun nəbz oksimetrinin patentlərini pozduğuna qərar verib.
Apple dekabrın 18-də patent mübahisəsinə görə mağazalarında Apple Watch Ultra 2 və Apple Watch Series 9-un satışını dayandıracağını açıqlayıb.
Apple-ın aşağı qiymətli Apple Watch SE modeli kimi qan oksigen səviyyəsini oxuma xüsusiyyətini ehtiva etməyən ağıllı saat modellərininsatışı davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























