Azərbaycanın qızıl istehsalçısı "AzerGold" zərər edib
100% dövlətə məxsus "AzerGold" QSC 2023-cü ilin ilk 6 ayını 1 milyon 171 min dollar xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2022-ci ilin ilk 6 ayını 11 milyon 215 min dollar xalis mənfəət ilə bağlamışdı. "AzerGold" tam 2022-ci ildə isə 30 milyon 212 min dollar xalis mənfəət əldə etmişdi.
GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ARTIB
Marja.az "AzerGold" QSC-nin Konsolidə edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatına istinadən xəbər verir ki, Şirkətin gəlirləri 2022-ci ilin birinci yarısında (yanvar-iyun) 48 milyon 102 min dollar ikən, 2023-cü ilin birinci yarısında 40 milyon 357 min dollara düşüb (7 milyon 745 min dollar və ya 16,1% azalıb). Satışın maya dəyəri isə 5 milyon 535 min dollar və ya 17,1% artaraq 32 milyon 324 min dollara yüksəlib (2022-ci ilin ilk 6 ayında 26 milyon 789 min dollar təşkil etmişdi). Nəticədə, "AzerGold"un ümumi mənfəəti 2,7 dəfə azalaraq 8 milyon 33 min dollar təşkil edib (2022-ci ilin 6 ayında 21 milyon 312 min dollar təşkil etmişdi). Şirkətin ümumi və inzibati xərcləri isə 2 milyon 528 min dollar və ya 33,4% artaraq 10 milyon 87 min dollara yüksəlib.
Həmçinin, 2023-cü ilin ilk 6 ayında "AzerGold" 1 milyon 693 min dollar sair gəlirlər əldə edib.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÖDƏMƏYİB
"AzerGold" QSC-nin 2023-cü ilin ilk 6 ayında 42 milyon 189 min dollar cəmi gəlirlərinə qarşı cəmi xərcləri 43 milyon 360 min dollar, xərcləri gəlirləri üstələdiyindən xalis zərəri 1 milyon 171 min dollar təşkil edib.
“AzerGold” QSC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. Şirkət əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması işlərini yerinə yetirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 d. əvvəl
-
38 d. əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
15 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
15 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
15 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Rəsmi məzənnələr açıqlandı
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Ən çox oxunanlar
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib























