"Bank Melli İran" Bakı filialının gəlirləri azalıb
"Bank Melli İran" Bakı filialı 2023-cü ili 3 milyon 871 min manat xalis mənəət ilə başa vurub. Filial 2022-ci ili 1 milyon 867 min manat xalis mənəət ilə bağlamışdı. Beləkilə, "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 2 milyon 4 min manat və ya 2,1 dəfə artıb. Bankın xalis mənfəətinin kəskin artması ehtimal olunan itkilər üzrə yaradılan ehtiyatdan qayıdan vəsaitin 3,7 dəfə artaraq 3 247 min manat təşkil etməsilə əlaqədardır.
GƏLİRLƏRİ AZALIB
Marja.az xəbər verir ki, "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2022-ci ildə 3 milyon 426 min manat ikən, 2023-cü ildə 3 milyon 98 min manata düşüb. Bankın haqq və komissiya gəlirləri isə 3,3 dəfə azalaraq 53 min manata geriləyib.
Ötən il Filialın kredit portfeli 2,3 dəfə azalaraq 4 miylon 78 min manata düşüb. 2022-ciilin sonunda "Bank Melli İran" Bakı filialının kredit portfeli 9 milyon 467 min manat təşkil etmişdi.
"Bank Melli İran" Bakı filialı qiymətli kağızlara investisiyalarını 47% artıraraq 35 milyon 114 min manata çatdırıb. 2023-cü ilin sonunda Filialın faliyyə institutlarından alınacaq vəsaitləri olmadığı halda, 2023-cü ilin sonunda 32 milyon 647 min manat təşkil edib.
Ötən il "Bank Melli İran" Bakı filialıda müştəri hesablarındakı vəsait 5 dəfəyə yaxın artaraq 44 milyon 27 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində "Bank Melli İran" Bakı filialı 121 milyon 764 min manat cəmi aktivlərə malik olub. Filial 2022-ci ilin sonunda 96 milyon 621 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 d. əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
-
13 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 14 d. əvvəl
-
32 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
34 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Ən çox oxunanlar
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
























