Lizinq şirkətlərinə və lizinq alan sahibkarlara ƏDV əvəzləşdirmə imkanları yaradılıb
Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də maliyyə lizinqi ilə bağlı qanunvericilikdə olan müddəaların təkmilləşdirilməsidir.
Marja.az xəbər verir ki, bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, son dəyişikliklərə qədər lizinq şirkətləri lizinqə verdikləri aktivləri əldə edərkən ödədikləri ƏDV məbləğlərini əvəzləşdirə bilmədiklərindən vergi məbləği aktivin dəyərinə daxil olurdu. Bu isə aktivi maliyyə lizinqi çərçivəsində əldə edən biznes subyektlərinin ƏDV-ni əvəzləşdirmək imkanını məhdudlaşdırır və kapital qoyuluşu üzrə vergi yükü yaradırdı. Lakin aktivlər bank kreditləri hesabına əldə edildiyi halda, biznes subyektləri həmin aktivlərə görə ödənilən ƏDV məbləğlərini əvəzləşdirə bilirdi və nəticədə maliyyə sektorunda maliyyələşmə alətləri üzrə vergi yükü fərqləri yaranmış olurdu ki, bu da lizinq bazarının rəqabətliliyinə mənfi təsir göstərirdi.
Vergi Məcəlləsində edilən son dəyişikliklə həm lizinq şirkətlərinə, həm də lizinq alan sahibkarlara aktivləri əldə edərkən ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirmə imkanları yaradılıb. Beləliklə, dəyişikliyin əsas məqsədi maliyyələşmə alətləri üzrə bərabər vergi rejiminin yaradılması, səmərəliliyin artırılması, ƏDV-nin dəyər zənciri üzrə son istehlakçıya ötürülməsi yolu ilə vergi yükünün azaldılması, biznes subyektlərinə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verməklə vergi yükünün optimallaşdırılmasıdır.
Lizinq şirkətlərinin gəliri olan ssuda faizlərinin isə maliyyə xidmətləri kimi ƏDV-dən azad olunması davam etməkdədir. Bununla yanaşı, lizinq şirkətləri tərəfindən aktivlər ƏDV ödənilmədən əldə edilibsə, həmin aktivlərin maliyyə lizinqi çərçivəsində biznes subyektlərinə təqdim edilməsi üzrə həm aktivin dəyəri, həm də ssuda faizlərinin tam şəkildə ƏDV-dən azad olunması davam etdiriləcək.
Daha bir vacib dəyişiklik lizinq alanın maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərini digər şəxsə ötürdüyü halda lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlərin maliyyə lizinqi hesab olunması, əvvəlki müqavilənin davamı sayılmasıdır.
Maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildikdə və həmin əməliyyat Vergi Məcəlləsinin 140.2-ci maddəsinin tələblərinə uyğun gəlmədiyi təqdirdə, belə əməliyyat maliyyə lizinqi hesab edilməyəcək. Bu zaman vergilərin dəqiqləşdirilməsi Vergi Məcəlləsinə əsasən aparılacaq.
Beləliklə, dəyişikliklərin yekun nəticəsində lizinq alətinin təşviqi və bu prosesdə iştirak edəcək subyektlərin bu alətdən daha çox istifadə etməsinə şərait yaranacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
5 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM




















.jpg)



