Bakı Konqres Mərkəzi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək
Maliyyə Nazirliyinin tabeliyindəki Bakı Konqres Mərkəzi Banqkokda keçirilən 62-ci Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası (ICCA) Konqresində namizədliyini irəli sürdüyü “ICCA Venue Business Workshop International 2024”-ün qalibi olub.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Bakı Konqres Mərkəzi 3-5 oktyabr 2024-cü il tarixlərində Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının dünyanın müxtəlif ölkələrindən olan 15-ə yaxın üzvünü və onların müştərilərini bir araya gətirəcək beynəlxalq tədbirə ev sahibliyi edəcək. Tədbir çərçivəsində 121 işgüzar görüşün keçirilməsi nəzərdə tutulur.
ICCA dünyanın 100-ə yaxın ölkə və regionunda 1100-dən çox üzvü ilə beynəlxalq görüşlər və tədbirlərin idarə edilməsi və keçirilməsində aparıcı çətir təşkilatlarından biridir. Assosiasiya üzvləri arasında əməkdaşlığı və ünsiyyəti artırmaqla şəbəkələşmə, bilik mübadiləsi və biznesin inkişafı üçün əvəzolunmaz bir platforma rolu oynayır.
Qeyd edək ki, Assosiasiya tərəfindən təşkil edilən “ICCA Venue Business Workshop International” dünyanın hər yerindən peşəkarları, qərar qəbul etməkdə həlledici rolu olan şəxsləri və düşüncə liderlərini bir araya gətirən qlobal görüşlər sahəsində əlamətdar tədbirdir.
Bakı Konqres Mərkəzinin direktoru Ramin Qazızadə bildirib ki, Mərkəzin bu əhəmiyyətli tədbirin keçiriləcəyi məkan kimi seçilməsi, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazandığının göstəricisidir. O qeyd edib ki, vörkşop tədbirlərin keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir, iştirakçılara bu sahənin qabaqcıl şəxsləri ilə əlaqə yaratmaq, fikir mübadiləsi aparmaq və yeni tendensiyaları araşdırmaq üçün fürsət yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
21 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
-
28 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Ən çox oxunanlar
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
























.jpg)

