"PAŞA Bank" xalis mənfəətini 50 milyon manata yaxın artırıb
"PAŞA Bank" ASC 2023-cü ili 199 milyon 209 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 149 milyon 394 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 49 milyon 815 min manat və ya 33,3% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 669 milyon 696 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 377 milyon 318 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 292 milyon 378 min manat təşkil edib. Bnak əməliyyat mənfəətindən 36 milyon 162 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 57 milyon 8 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 497 milyon 974 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 285 milyon 166 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 212 milyon 808 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 14 milyon 59 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 49 milyon 255 min manat mənfəət vergisi ödəmişdi.
2023-cü ildə "PAŞA Bank"ın faiz gəlirləri 43,5% artaraq 448 miylon 411 min manat, qeyri-faiz gəlirləri isə 19,2% aratraq 221 milyon 285 min manat təşkil edib.
BANK BÖYÜYÜB
2023-cü ildə "PAŞA Bank"ın cəmi aktivləri 131 milyon 557 min manat və ya 1,5% artaraq 31 dekabr 2023-cü il tarixində 8 milyard 651 milyon 371 min manata çatıb. Bankın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 107 milyon 379 min manat və ya 3,9% artaraq 2 milyard 835 milyon 443 min manata yüksəlib.
DİGƏR BANKLARADA BÖYÜK MƏBLƏĞDƏ DEPOZİT YERLƏŞDİRİB
Ötən il "PAŞA Bank" qiymətli kağızlara investisiyalarını 267 milyon 601 min manat artıraraq 2 milyard 13 milyon 144 min manata, digər banklar və maliyyə institutlarındakı depozitlərini isə 861 milyon 208 min manat və ya 2,5 dəfə artıraraq 1 milyard 454 milyon 813 min manata çatdırıb.
2023-cü ildə "PAŞA Bank"da depozitlər 69 milyon 144 min manat və ya 1% azalaraq 6 milyard 935 milyon 175 min manata düşüb. O cümlədən, fiziki şəxslərin depozitləri 65 milyon 227 min manat artaraq 1 milyard 633 miylon 931 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 134 milyon 371 min manat azalaraq 5 milyard 301 milyon 244 min manata geriləyib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "PAŞA Bank" 757 milyon 430 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 550 milyon 710 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
57 d. əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
-
1 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
1 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
2 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
2 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Ən çox oxunanlar
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama




















