"Ötən il 3276 layihə üçün 194 milyon manat güzəştli kredit vermişik"
2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib.
Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.
O qeyd edib ki, bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilən kreditlərin 46,4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5,5-%-i xidmət sahələri, 4,5%-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.
"Ötən il Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara SİF tərəfindən güzəştli kreditlərin verilməsinə başlanılıb. Muxtar respublika ərazisində fəaliyyət göstərən 27 sahibkar ümumilikdə 2,2 milyon manat güzəştli kreditdən yararlanıb” - Osman Xaliyev əlavə edib.
52 milyon manat subsidiya ödənilib
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara verilən dövlət zəmanətli kreditlər üzrə subsidiya ödənilməsi 2023-cü ildə də davam etdirilib.Osman Xaliyev keçirdiyi mətbuat konfransında bildirib ki, dəstək proqramı çərçivəsində ötən ilin sonuna qədər iş adamlarına 52 milyon manat subsidiya ödənilib.
"Bununla yanaşı, pandemiyadan zərər çəkmiş və 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarlara kreditin illik faiz dərəcəsinin 10 faiz bəndi qədər subsidiya verilməsi davam etdirilib. Ötən ilin sonuna qədər kredit qalıq məbləği 893,4 milyon manat olan 5 071 müraciət üzrə 73,3 milyon manat faiz subsidiyası ödənilib", - deyə sədr əlavə edib.
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
- 38 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ





















